AZ

Ceyhun Bayramov Kolumbiyanın ölkəmizdəki səfirini qəbul edib (FOTO)

Bakı. Trend:

22 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov Kolumbiya RespublikasınınAzərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luis FernandoKuartas Ayalanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədarqəbul edib.

Trend xəbərverir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud münasibətlərininkişafını məmnunluqla qeyd edərək, bu istiqamətdə göstərdiyisəylərə görə səfirə təşəkkürünü bildirib.

Görüş zamanı ölkələrimiz arasında mövcud siyasi dialoqun qorunubsaxlanılması və inkişaf etdirilməsində qarşılıqlı səfər vətəmasların, eləcə də siyasi və konsulluq məsləhətləşmələrininəhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının 29-cu sessiyası (COP29) çərçivəsində KolumbiyaRespublikasının xarici işlər naziri Luis Gilberto Muriyo iləkeçirdiyi görüşü məmnunluqla xatırladaraq, bu cür təmaslarınikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafında mühüm roloynadığını vurğulayıb.

Azərbaycan və Kolumbiya arasında ikitərəfli əsasda, habelə BMT,Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsindəçoxtərəfli müstəvidə əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov səfir Luis Fernando Kuartas AyalanınAzərbaycan–Kolumbiya münasibətlərinin inkişafına verdiyi töhfəniyüksək qiymətləndirərək, ona gələcək fəaliyyətində uğurlararzulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfliməsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ceyhun
Ceyhun
Seçilən
114
10
az.trend.az

10Mənbələr