AZ

Yusuf Güney “narkotik” istintaqı çərçivəsində tibbi müayinədən keçib

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan “narkotik” istintaqı çərçivəsində türkiyəli müğənni Yusuf Güney tibbi müayinədən keçib.

Missiya.Az türk mediasına istinadən xəbər verir ki, bu məqsədlə müğənni Seyrantepe Təlim və Araşdırma Xəstəxanasına aparılıb. Burada Yusuf Güneyə tibbi müayinə tətbiq olunub.

Məhkəmə Tibbi Ekspertiza İnstitutunda saç və qan nümunələri götürüləcək Yusuf Güney, müayinədən sonra sərbəst buraxılacaq. Qeyd edək ki, aktrisa Melisa Döngel də nümunələr götürüldükdən sonra sərbəst buraxılıb.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
25
missiya.az

1Mənbələr