AZ

Əhalinin NƏZƏRİNƏ: Bayramda bazarlarda ətin qiyməti BELƏ OLACAQ

Bayram günləri yaxınlaşdıqca bazarlarda canlanma müşahidə olunur və bu da əsas ərzaq məhsullarının qiymətləri ilə bağlı suallar doğurur. Xüsusilə ətə tələbatın artması fonunda qiymətlərin bahalaşıb-bahalaşmayacağı ictimai müzakirə mövzusuna çevrilib. Bəs, bayram günlərində ətə tələbatın artması qiymətlərin qalxmasına səbəb ola bilərmi?

KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, adətən bayram ərəfəsində əhalinin alış-verişə marağı yüksəlir və bu da ətə olan tələbatın artmasına səbəb olur. Onun sözlərinə görə, tələbatın yüksəlməsi bəzi hallarda satıcıların qiymətləri artırmasına şərait yaradır.

“Qiymət artımı yalnız tələbat amili ilə məhdudlaşmır. Əgər bazarda kifayət qədər ət mövcuddursa, idxal və yerli istehsal tələbi tam qarşılayırsa, qiymətlərin kəskin şəkildə bahalaşması baş verməyə bilər. Eyni zamanda dövlət nəzarəti, bazarda rəqabət mühiti və əhalinin alıcılıq qabiliyyəti də qiymətlərin formalaşmasına təsir göstərən əsas faktorlardandır”.

Akif Nəsirlinin sözlərinə görə, bayram günlərində ət məhsullarında qısamüddətli və cüzi bahalaşma ehtimalı var. Lakin təklif tələbi ödədiyi halda qiymətlərin uzunmüddətli və ciddi şəkildə artacağı gözlənilmir.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
57
konkret.az

1Mənbələr