Türkiyədə hazırda narkotik araşdırması aparılır.

Offsideplus.az xəbər verir ki, bu barədə artıq bəzi şəxslər saxlanılıb və dindirilib.

"Fənərbağça" prezidenti Saadettin Saran da bu məsələ ilə bağlı ifadə verib.

Son olaraq jurnalist Sevilay Yılmanın verdiyi məlumata görə, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk da ifadə vermək üçün çağrılacaq.

Qeyd edək ki, narkotik araşdırmasında "Habertürk" televiziya kanalının baş redaktoru Mehmet Akif Ersoy və aparıcı Ela Rümeysa Cebeci hazırda həbsdədir.