Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov yerli mətbuata açıqlamasında dilə gətirib. O söyləyib ki, Rusiya və Azərbaycanın müxtəlif sahələrdə konstruktiv tərəfdaşlığı yalnız inkişafa doğru irəliləyir:

Prezident MDB-nin Zirvə görüşünə getmədi
"Prezident İlham Əliyevin sammitə qoşulmamaq qərarını anlayışla qarşılayırıq. Ümumiyyətlə, bu qərar gözlənilməz deyildi. Bütün dövlət başçılarının dekabr ayında, Yeni il ərəfəsində, həqiqətən də, çox sıx iş qrafikləri var. Bu, Azərbaycanın MDB-nin bütün formatlarda iştirakına, əlbəttə, hər hansı xələl gətirmir". Xatırladaq ki, Prezident Administrasiyasından verilən məlumata əsasən, Prezident İlham Əliyev MDB-nin sözügedən sammitində iş qrafikinin sıxlığına görə iştirak edə bilməyəcək. Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.