AZ

TEC: “AK sədri Avropanı çökdürür”

AzVision.az xəbər verir ki, journalist Rafael Pinto Borhesin “The European Conservative (TEC)” nəşrində dərc olunan məqaləsində belə deyilir.

“Aİ-nin son iclasındakı fiasko uzun, davamlı nümunənin kulminasiya nöqtəsidir: bu, mənəvi güc və emosional manipulyasiyanı hüquqi hakimiyyətlə qarışdıran komissiyanın şüarlarla dolu siyasi teatrıdır”,- Borhes yazıb.

Jurnalist qeyd edir ki, AK sədri Ursula fon der Lyayenin liderlik üslubu təkəbbürlü, fərqli fikirlərə dözümsüz və yöndəmsizdir. Bu isə, belə şəraitdəhələ də müqavilələrə və yekdilliyə əsaslanan Aİ-də özünü doğrultmur.

Onun fikrincə, Brüsseldə AK-nin göz yummağa üstünlük verdiyi institusional geriləmə yaşanır.

- Fon der Lyayeni qınamaq və ya impiçment etmək üçün təkrarlanan cəhdlər heç bir sədrin gözardı edə bilməyəcəyi düşmənçilik səviyyəsini göstərir”,-Borhes vurğulayır.

Onun iddiasına görə, AK özü ilə birlikdə Avropanı aşağı sürükləyən “Titanik” gəmisidir.

“Məsələ yalnız fon der Lyayenin bir növ batan gəmini xatırladan “təzminat krediti”ndə deyil. Əsl “Titanik” AK-nin özüdür. Nə qədər ki, daha çox zərər verməyib, Avropa naminə qoy elə indi batsın”,- məqalə müəllifi bildirib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
2
2
azvision.az

3Mənbələr