AZ

Peskov: "İlham Əliyevin qərarını anlayışla qarşılayırıq"

Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov yerli mətbuataaçıqlamasındadilə gətirib. O söyləyib ki, Rusiya və Azərbaycanın müxtəlif sahələrdə konstruktiv tərəfdaşlıqları yalnız inkişafa doğru irəliləyir:

"Prezident İlham Əliyevin sammitə qoşulmamaq qərarını anlayışla qarşılayırıq. Ümumiyyətlə, bu qərar gözlənilməz deyildi. Bütün dövlət başçılarının dekabr ayında, Yeni il ərəfəsində, həqiqətən də, çox sıx iş qrafikləri var. Bu, Azərbaycanın MDB-nin bütün formatlarda iştirakına, əlbəttə, hər hansı xələl gətirmir.
Prezident MDB-nin Zirvə görüşünə getmədi

Xatırladaq ki, Prezident Administrasiyasından verilən məlumata əsasən, Prezident İlham Əliyev MDB-nin sözügedən sammitində iş qrafikinin sıxlığına görə iştirak edə bilməyəcək.

Firudin Həmidli
AzVision.az
Seçilən
7
1
azvision.az

2Mənbələr