AZ

İngiltərədə həkimlərin tətili başa çatıb

London, 22 dekabr, AZƏRTAC

İngiltərədə həkimlər əməkhaqqı ilə bağlı davam edən mübahisələr fonunda keçirilən planlı beşgünlük tətilin başa çatmasından sonra bu gün işə qayıdıblar.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, tətil qrip hallarının artdığı bir dövrdə, həmçinin Britaniya Tibb Assosiasiyası ilə hökumət arasında son anda aparılan danışıqlara baxmayaraq keçirilib.

Qeyd edək ki, rezident həkimlər adlandırılan gənc həkimlər hökumətdən əməkhaqqının artırılması üçün həqiqətən uzunmüddətli plan təqdim edilməsini, həmçinin ixtisaslaşma və karyera inkişafı üçün daha çox təlim yerlərinin yaradılmasını tələb ediblər. Həkimlər ittifaqının məlumatına görə, üzvlərin 65 faizi 2023-cü ilin martından bəri keçirilən 14-cü tətildə iştirak edib. Assosiasiyasının üzvləri hökumətin təlim və iş təhlükəsizliyi ilə bağlı problemlərin həllini hədəfləyən yeni təklifini qəbul etməyiblər.

Assosiasiyadan bildirilib ki, inflyasiya səbəbindən rezident həkimlərin real maaşı 2008-ci illə müqayisədə hələ də aşağı səviyyədədir.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Seçilən
23
1
azertag.az

2Mənbələr