Bakı, 22 dekabr, Cavid Əliyev, AZƏRTAC
Braziliya millisinin tanınmış voleybolçusu Qabriella Gimarayeş karyerasını Azərbaycanda davam etdirə bilər.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, Yüksək Liqada mübarizə aparan “Gəncə” ulduz voleybolçu ilə danışıqlar aparır.
30 yaşlı oyunçu hazırda İtaliyanın “İmoko Konelyano” komandasına çıxış edir.
Voleybolçu 2019-cu ildən 2024-cü ilin yayınadək Türkiyə “Vakıfbank”da oynayıb.
Qeyd edək ki, Qabriella Gimarayeş Braziliya millisinin heyətində Olimpiya Oyunlarının və dünya çempionatının gümüş, bürünc, eləcə də Cənubu Amerika çempionatınım dördqat qızıl medalçısıdır. “Qabi” ləqəbli voleybolçu klub səviyyəsində üç dəfə Çempionlar Liqasının, iki dəfə klublararası dünya çempionatının qalibi olub.