AZ

Türkiyənin bu addımı İsraili qorxutdu: Ankara Təl-Əvivi mühasirəyə alır

Ankaranın Hind okeanı ətrafında artan fəaliyyəti Təl-Əvivdə böyük narahatlığa səbəb olub. İsrail mediası Türkiyə ilə Pakistan arasında əldə olunan müqaviləni İsrailin mühasirəyə alınması kimi qələmə verib.

Publika.az xəbər verir ki, İsrail nəşri "Algemeiner" Türkiyə ilə Pakistan arasında imzalanan 5 karbohidrogen müqaviləsini təhlil edib.

"İsrail təhlükəsizlik agentlikləri haqlı olaraq İranın "Atəş Həlqəsi"nə diqqət yetirsələr də, yeni və potensial olaraq daha ölümcül bir ox formalaşıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uzun müddətdir ki, Türkiyənin dəniz gücünü Egey dənizindən kənara çıxarmağı hədəfləyən "Mavi Vətən" doktrinasını müdafiə edir. Bu müqavilə Türkiyəyə Pakistanın dəniz iqtisadi zonasında əməliyyatlar aparmaq hüququ verir" - xəbərdə qeyd olunub.

Nəşrə görə, bu müqavilə Türkiyə Hərbi Dəniz Qüvvələrinə Hind okeanında irəliləyiş təmin edir:

Seçilən
50
publika.az

1Mənbələr