AZ

Prezident İlham Əliyev 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan edib

Bakı. Trend:

Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elanedilib

Trend xəbərverir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncamimzalayıb.

Sərəncamda qeyd olunub:

"Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlikzəngin bir keçmişi vardır. İpək Yolu üzərində yerləşən və mühümticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri iləsıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizinözünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələrimüstəsna rol oynamışdır.

Azərbaycan şəhərsalma və memarlıq sənətinin bariz nümunələriolub daim yüksək inkişaf səviyyəsinə görə seçilən tarixişəhərlərimiz ötən dövrlərin memarlıq tendensiyalarına uyğun böyüyübgenişlənməklə bərabər, yerli mədəniyyətin əsas xüsusiyyətləriniqoruyub saxlamışdır.

Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiəqalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığınparlaq ənənələrini əks etdirir. Bədii-memarlıq həllinin kamilliyibaxımından iftixar hissi doğuran dünya əhəmiyyətli tarix vəmədəniyyət abidələrindən Möminə xatun türbəsi, Xudafərin körpüsü,“Atəşgah” kompleksi və digər bu kimi misilsiz nümunələrAzərbaycanın memarlığının rəmzlərinə çevrilmişdir.

UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadirsərvətlərimiz – qədim və orta əsrlərin şəhər mədəniyyətini özündətəcəssüm etdirən İçərişəhər və Şirvanşahlar sarayı kompleksi,əzəmətli ruhunu indiyədək qoruyan Qız Qalası, Şəkinin tariximərkəzi və Xan sarayı Azərbaycan şəhərsalma və memarlıq sənətinindünya inciləri sırasında layiqli yer tutan yadigarlarıdır.

900 illiyi UNESCO çərçivəsində yubileyləri keçirilən böyükşəxsiyyətlər siyahısına daxil olunan qüdrətli sənətkar ƏcəmiNaxçıvaninin Azərbaycan və Yaxın Şərq ölkələrinin orta əsrlərmemarlığına güclü təsir göstərmiş yaradıcılığı dövrün memarlıqməktəbinin ən yüksək zirvəsidir.

Azərbaycan şəhərlərinin planlaşdırma quruluşunda və memarlıqtərzində artıq XIX əsrin ortalarına doğru müəyyən dəyişikliklər özəksini tapmışdır. Sürətlə sənayeləşən Bakı şəhəri Şərq və Qərbmemarlığının sintezində qədimliklə müasirliyin vəhdətindəkitəkrarsız görkəmini məhz həmin vaxtlardan almağa başlamışdır.

Azərbaycan Respublikasında şəhərsalma və memarlıq fəaliyyətindəmilli ənənələrdən yaradıcı şəkildə istifadə olunmasına XX əsrdəxüsusi diqqət yetirilmişdir. Bu dövrdə bir sıra şəhərlər yenidənqurulmuş və onların əvvəlki siması dəyişmiş, bölgələrdə şəhərlərinplanlaşdırılması önə çəkilmişdir. İki görkəmli memarın – MikayılHüseynovun və Sadıq Dadaşovun fəaliyyətinin aparıcı yer tutduğuhəmin dövr milli ənənələr zəminində yeni memarlıq üslubununyaradılması ilə səciyyələnir.

Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyiillər Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusimərhələ təşkil edir. Tarixən təşəkkül tapmış Azərbaycanşəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması ilə bağlıbu illərdə Ulu Öndərin təşəbbüsü əsasında vacib qərarlar qəbuledilmiş, tədbirlər həyata keçirilmiş, şəhərlərdə memarlıqabidələrinin bərpası üzrə planlı iş aparılmış, memarlıq vəşəhərsalma fəaliyyətinin davamlılığını təmin edən institusionaltəsisatlar qurulmuşdur.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra şəhərquruculuğu sahəsindəki yeni təzahürlər ölkədə inşa edilənmonumental komplekslərin memarlıq həllində özünü qabarıq büruzəvermişdir. Ötən müddətdə dövrün qabaqcıl yanaşmalarını və millitəcrübələri əks etdirən layihələrin gerçəkləşdirilməsi sayəsindəşəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malikorijinal nümunələri yaradılmışdır. Mövcud möhtəşəm binalar sırasınadaimi yeniləşmə rəmzi olan Heydər Əliyev Mərkəzi, Alov qüllələrikimi modern üslublu unikal memarlıq abidələrinin və Ağ şəhərkompleksinin əlavə edilməsi ilə paytaxtın mənzərəsi daha dazənginləşmiş, regionların memarlıq siması xeyli dəyişərək yenişəkil almışdır.

Bu gün də Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafstrategiyasında paytaxt və regionların tarazlı inkişafının təminedilməsi və dayanıqlı məskunlaşmanın təşviqi, Birləşmiş MillətlərTəşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluqlar təsbitedilməklə, memarlıq və şəhərsalma fəaliyyətinin prioritetistiqamətləri olaraq müəyyənləşdirilmişdir.

Ermənistanın işğal etdiyi və otuz il ərzində viran qoyduğuərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardıncainnovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandırangenişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıqvə şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. BöyükQayıdışa dair I Dövlət Proqramına müvafiq qaydada “yaşıl enerji”zonası elan edilmiş bu ərazilərdə 2020–2025-ci illərdə – dünyamemarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrəplanlaşdırma sənədləri hazırlanmış və quruculuq işlərinəbaşlanılmışdır. Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürurmənbəyi Şuşa şəhərinin əvvəlki memarlıq mühiti və əsl tarixi simasıbərpa edilməklə dirçəldilməsi isə mili iradənin təzahürüdür.

Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar qlobalçağırışların həllində, innovativ yanaşmaların formalaşmasındaetibarlı tərəfdaş kimi tanınır. BMT‑nin Məskunlaşma Proqramı(“UN-Habitat”) ilə birgə təşəbbüslər və bu çərçivədə memarların biraraya gəldiyi milli şəhərsalma forumları Azərbaycanın beynəlxalqtərəfdaşlarla ortaq fəaliyyətinin uğurlu nümunəsidir. BMT-ninÜmumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13)2026-cı ildə Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanındayanıqlı şəhərsalma proseslərində artan rolunu göstərir".

Sərəncam Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma vəmemarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə busahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqivə tətbiqinin genişləndirilməsi məqsədilə imzalanıb.

Azərbaycan Respublikası Prezidentinin AdministrasiyasıAzərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıqİli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərinibir ay müddətində hazırlayıb Azərbaycan RespublikasınınPrezidentinə təqdim etməlidir.

Seçilən
34
49
az.trend.az

10Mənbələr