Kreml Azərbaycan prezidenti İlham Əliyevin sıx qrafiki səbəbindən Sankt-Peterburqda keçiriləcək MDB sammitində iştirak edə bilməməsinə anlayışla yanaşır.
Herbiand.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, İlham Əliyevin Sankt-Peterburq sammitində iştirak edə bilməməsindən Kremlin təəccüblənib-təəccüblənmədiyi sualına cavab olaraq bunu söyləyib: “Xeyr, biz tamamilə anlayışla yanaşırıq. Həqiqətən də, dövlət başçılarının çox sıx qrafikləri var, xüsusən də dekabr ayında, Yeni il ərəfəsində”.
Bəxtiyar CƏFƏRLİ