AZ

Əliyevin imtinasına Kremldən reaksiya

Rusiya tərəfi Azərbaycan Prezidenti İlham Əliyevin sıx qrafik səbəbindən Sankt-Peterburqda keçiriləcək MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə iştirak etməməsini anlayışla qarşılayır.

"Bakuinfo" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr, biz bunu tam anlayışla qarşılayırıq. Həqiqətən də dövlət başçılarının çox sıx qrafiki var, xüsusilə dekabr ayında, Yeni il ərəfəsində",- o qeyd edib.

D. Peskov əlavə edib ki, buna baxmayaraq, Moskva və Bakı tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə davam edirlər:

"Biz Azərbaycanla konstruktiv əməkdaşlıq və tərəfdaşlıq münasibətlərimizi inkişaf etdirməyə davam edirik. Azərbaycan da təşkilatın bütün formatlarında iştirakını davam etdirir".

Seçilən
36
bakuinfo.net

1Mənbələr