AZ

“Liverpul”un hücumçusu “Qarabağ”a qarşı oynamayacaq

Çempionlar Liqasının liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Liverpul” itki ilə üzləşib.

Msport.az xəbər verir ki, İngiltərə klubunun hücumçusu Aleksander İsak böyük ehtimalla, Azərbaycan çempionuna qarşı oynaya bilməyəcək.

26 yaşlı isveçli futbolçu İngiltərə Premyer Liqasının “Tottenhem”lə oyununda (2:1) əvəzlənib. Onun ayağının sındığı ehtimal olunur. İsak 3 ay yaşıl meydanlardan kənarda qala bilər.

Xatırladaq ki, “Qarabağ” yanvarın 29-da səfərdə “Liverpul”un qonağı olacaq.

Seçilən
50
msport.az

1Mənbələr