AZ

Dani Alveş bu ölkədə klub almaq istəyir

Braziliya millisinin sabiq futbolçusu Dani Alveş Portuqaliyada futbol klubu almaq istəyir.

Publika.az xəbər verir ki, bu barədə "Globo" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, Alveş Portuqaliyanın üçüncü divizionunda çıxış edən "San-Juan-de-Ver" klubunu satın almağı planlaşdırır.

Bundan başqa, o, növbəti 6 ay ərzində peşəkar futbola qayıtmaq ehtimalını da nəzərdən keçirir. İlkin təklifə əsasən, Alveş həm futbolçu kimi meydanda çıxış etməli, həm də klubda inzibati və idman rəhbərliyi funksiyalarını yerinə yetirməlidir.

Seçilən
86
publika.az

1Mənbələr