Bakı, 22 dekabr, AZƏRTAC
Xanımlara bildirmək istəyirəm ki, azadlıqlarının qədrini bilsinlər. Mən azadlıqda olarkən 1 saniyə belə övladımdan ayrı qala bilməzdim. 3 ildir ki, məhkumam. İnsanlar azadlıqdan məhrum olunanda onun qədrini daha yaxşı bilirlər.
Bunu jurnalistlərə açıqlamasında 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan Əfsanə Cəfərova deyib.
O, azadlığın dəyərinin heç bir şeylə ölçülmədiyini qeyd edib: "3 il cəza almışdım. Cəzamın bitməsinə 10 ay qalmışdı. Bir daha Prezidentimizə bizə bu sevinci bəxş etdiyi üçün təşəkkür edirəm".