AZ

Rus general evinin qarşısında partlayışla öldürüldü

Moskvada Rusiya Silahlı Qüvvələrinin Əməliyyat Təlimi İdarəsinin rəisi, general-leytenant Fanil Sarvarova qarşı sui-qəsd hadisəsi törədilib.

Ölkə.az xəbər verir ki, səhər saat yeddi radələrində general-leytenant Fanil Sərvərov Moskvada yaşadığı Yasenevaya küçəsindəki yaşayış binasının həyətindən “Kia Sorento” avtomobili ilə çıxarkən partlayış baş verib.

Rus generalın ölmünə səbəb avtomobilinin altına yerləşdirilmiş maqnit minası olduğu ehtimal edilir. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

General 1992-ci ildən 2003-cü ilə qədər o, altı il ərzində Osetiya-İnquş münaqişəsi zamanı döyüş əməliyyatlarında və Çeçenistan Respublikasında antiterror əməliyyatında birbaşa iştirak edib.

Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirdikdən sonra Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsində və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Əməliyyat Təlimi İdarəsində xidmətini davam etdirib.

2015-2016-cı illərdə Suriyada əməliyyatların təşkili və aparılması ilə bağlı tapşırıqları yerinə yetirib. 2016-cı ildən Rusiya Federasiyası Silahlı Qüvvələrinin Əməliyyat Təlimi İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Mürtəza

Seçilən
82
2
olke.az

3Mənbələr