Bir müddət əvvəl karyerasını başa vurduğunu açıqlayan Bəhram Rəcəbzadə yenidən döyüş meydanlarına qayıdır.
Offsideplus.az xəbər verir, o, GLORY 105 turnirində oktaqona çıxacaq.
Bəhramın rəqibi Kristian Kristya olacaq.
Döyüş fevralın 7-də baş tutacaq.
Qeyd edək ki, B. Rəcəbzadə son iki döyüşündə məğlub olub. Onun rəqibi isə son 4 görüşün hamısında məğlubiyyətlə üzləşib.