"Türkiye" qəzeti rəsmi mənbələrə istinadənyazırki, səfir Nuh Yılmaz bu gün vəzifəsinin icrasına başlayıb. O, təyinatını cari ilin oktyabr ayında almış, noyabrda isə Prezident Rəcəb Tayyib Ərdoğan onu bu vəzifəyə təsdiqlənmişdi.
Məlumata görə, Nuh Yılmaz 2013-cü ildən 2023-cü ilədək Türkiyənin Milli Kəşfiyyat Təşkilatında (MİT) işləyib. Həmin ilin iyunundan etibarən isə ölkənin Xarici İşlər Nazirliyində nazirin baş müşaviri və Strateji Araşdırmalar Mərkəzinin sədri vəzifələrini tutub.
Diqqətə çatdıraq ki, səfir təyinatınadək Suriyanın paytaxtı Dəməşq şəhərində Türkiyənin müvəqqəti işlər vəkili fəaliyyət göstərirdi. Vəkil Burxan Koroğlunun səlahiyyət müddəti ötən günlərdə qurtarıb.
Firudin Həmidli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta