Ağdam, 22 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Doğma yurd insan üçün çox əzizdir. İnsan bunu yurdundan uzaq düşəndə daha gözəl anlayır. Aradan keçən onilliklər ərzində itirdiyimiz torpaqların nisgili, yurd həsrəti daim qəlbimizdə oldu. Bu gün isə o həsrət sona çatır, arzusu ilə yaşadığımız doğma elimizə geri dönürük.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Xocalının Daşbulaq kəndinə köç edən keçmiş məcburi köçkün Müşviq Əbdülkərimov deyib.
“Qəlbim sevinc və qürur hissi ilə doludur, yenidən doğma torpaqlara qayıdırıq. Buna görə Prezidentimizə, Rəşadətli Ordumuza minnətdarıq. Bu günləri yaşadığımıza görə şəhidlərimizə, qazilərimizə orcluyuq”, – deyə o bildirib.