AZ

Mikayıl Cabbarov Keyleb Orla videokonfrans formatında görüşüb

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Amerika Birləşmiş Ştatları Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Orla videokonfrans formatında görüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında paylaşım edib.

"Keçirdiyimiz görüş zamanı Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığının müxtəlif aspektlərini, enerji və biznes sahəsində əməkdaşlığın strateji əhəmiyyətə malik olduğunu vurğuladıq.

Cənubi Qafqaz və Xəzər regionunda həyata keçirilən enerji layihələri, qaz nəqli və bu sahədə birgə fəaliyyətin şaxələndirilməsi imkanlarını müzakirə etdik".

Amerika Birləşmiş Ştatları Dövlət katibinin #iqtisadi, #enerji və #biznes məsələləri üzrə köməkçisi Keyleb Or (@CalebOrr__) ilə videokonfrans formatında keçirdiyimiz görüş zamanı #Azərbaycan - #ABŞ iqtisadi tərəfdaşlığının müxtəlif aspektlərini, enerji və biznes sahəsində… pic.twitter.com/hMAHBFNgb5

— Mikayil Jabbarov (@MikayilJabbarov) December 22, 2025

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
1
baku.ws

2Mənbələr