AZ

Dmitriyev Mayami danışıqlarından sonra açıqlama verdi: Növbəti dəfə: Moskva

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kremlin xüsusi nümayəndəsi Kiril Dmitriyev ABŞ və Ukrayna nümayəndə heyətlərinin danışıqlar apardığı Mayamini tərk edib. O, səfərindən sonra geniş şərh verməsə də, növbəti görüşün Moskvada keçirilməli olduğunu bildirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində paylaşım edib.

"Sağ ol, Mayami. Növbəti dəfə: Moskva”, – deyə Dmitriyev qeyd edib.

Daha sonra Rusiya KİV-ləri onun Mayamidən uçub getdiyini xəbər verib.

UNİAN-ın yazdığına görə, ABŞ dekabrın 21-də Floridada Ukrayna ilə üçgünlük danışıqları başa çatdırıb. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, ABŞ–Ukrayna formatında keçirilən ayrıca görüş zamanı diqqət əsasən dörd əsas sənədə yönəlib.

"Ukrayna ədalətli və dayanıqlı sülhə nail olmağa tam sadiq qalır. Bizim ümumi prioritetimiz insan ölümlərini dayandırmaq, təminatlı təhlükəsizliyi təmin etmək və Ukraynanın bərpası, sabitliyi və uzunmüddətli rifahı üçün şərait yaratmaqdır”, – deyə o vurğulayıb.

Bu arada "The Associated Press” yazıb ki, Tramp Ukrayna ilə bağlı sülh planını xilas etməyə çalışaraq yenidən kürəkənini danışıqlara cəlb edib. Jurnalistlərin fikrincə, diplomatik təcrübəyə malik Cared Kuşner Uitkofun danışıqlar üslubunu tamamlayır və "guya həll olunmaz görünən ziddiyyətləri” aradan qaldıra bilər.

Həmçinin Kuşner bir çox ukraynalı və avropalı rəsmilərin "Rusiya maraqlarına həddindən artıq güzəştə gedən” şəxs kimi gördüyü Uitkofla müqayisədə daha nüfuzlu danışıqçı sayılır.

Alpər

Thank you, Miami.

⁰Next time: Moscow. ?️ pic.twitter.com/FhtkEOlSMN

— Kirill Dmitriev (@kadmitriev) December 22, 2025

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
qaynarinfo.az

1Mənbələr