AZ

Rusiya Ukrayna limanını VURDU: Minlərlə ton yağ küçələrə AXDI

Rusiyanın hücumu nəticəsində minlərlə ton yağ küçələrə axıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. “Pivdennı” limanında terminal vurulub, rezervuardan sızan yağ ətraf ərazini basıb.

Məlumata görə, dekabrın 20-də Ukraynanın “Pivdennı” limanında (Odessa yaxınlığında) yerləşən bitki yağı terminalı Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Qeyd edək ki, bu liman Ukraynanın taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracı üçün istifadə etdiyi üç əsas limandan biridir.

Dron zərbəsindən sonra güclü alışma baş verib.

Hücum nəticəsində zədələnmiş rezervuardan minlərlə ton günəbaxan yağı axaraq ətrafdakı küçəni basıb.

Həmçinin Odessa şəhərinin özündə də partlayışların olduğu bildirilib. Pivdennı şəhərinin sakinləri mümkün növbəti hücumlarla bağlı xəbərdar ediliblər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
25
interpress.az

1Mənbələr