AZ

Ukrayna ordusunda yeni əsgərlər 2 min dollar alırlar

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Latın Amerikası ölkələrindən olan muzdlular döyüş təcrübəsi qazanmaq üçün Ukrayna münaqişəsində iştirak edirlər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, sözügedən şəxslər bu təcrübədən daha sonra cinayətkar fəaliyyətlərdə istifadə edirlər:

“Braziliya və Kolumbiyadan olan muzdlular Ukraynada döyüşür. İştirakçılardan biri Ukraynada xidmət edən kolumbiyalıların daha sonra  Meksikaya qayıdaraq narkotik kartellərinə qoşulduğunu və ayda təxminən 2000 dollar qazandığını bildirib. Başqa bir muzdlu isə keçmiş Kolumbiya əsgərlərini işə götürən Sinaloa və Xalisko Yeni Nəsil kartellərinin də bu işdə iştirak etdiyini bildirib”.

Qəzetin məlumatına görə, əsgərlərin bacarıqlarına, xüsusilə də Ukraynadakı münaqişədə döyüş təcrübəsi qazandıqdan sonra tələbat artıb:

“Muzdlular yüksək maaşlar və rahat şərait vədləri ilə Ukrayna Silahlı Qüvvələrində xidmət etməyə cəlb olunurlar”.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
globalinfo.az

1Mənbələr