AZ

Səudiyyə Ərəbistanı səhrasına qar yağıb - Foto

Səudiyyə Ərəbistanında nadir hava hadisəsi qeydə alınıb.

Ekologiya.az Musavat.com-a istinadla xəbər verir ki, krallığın şimal-qərb və mərkəzi bölgələrində yağan qar son 30 ilin ən güclü qar yağışı kimi qiymətləndirilir. Səhra iqlimi ilə tanınan ərazilərin ağ örpəyə bürünməsi həm yerli sakinlər, həm də sosial şəbəkə istifadəçiləri üçün gözlənilməz mənzərə yaradıb.

Bildirilib ki, bölgə üçün son dərəcə nadir hesab olunan bu hadisə ilə əlaqədar hakimiyyət orqanları erkən xəbərdarlıqlar edib, fövqəladə xidmətlərin hazırlıq səviyyəsi artırılıb.


Seçilən
29
ekologiya.az

1Mənbələr