“Real” azarkeşləri Vinisius Juniorun satılmasını istəyirlər.
Msport.az xəbər verir ki, “Marca” nəşri bununla bağlı sorğu keçirib. Məlum olub ki, respondentlərin 86 faizi braziliyalı futbolçunun satılmasının tərəfdarıdır.
İspaniya La Liqasının 17-ci turunda “Real”ın “Sevilya”nı 2:0 hesabı ilə məğlub etdiyi oyunda Vinisiusla bağlı qalmaqal yaranıb.
Hücumçu əvəzlənərkən azarkeşlər onu fitə basıb. Daha sonra Vinisius sosial mediada Madrid klubunun formasında olan şəklini Braziliya millisində olan foto ilə əvəzləyib. Bu da azarkeşləri özündən çıxarıb.
25 yaşlı forvardın “Real”la müqaviləsi 2027-ci ilin iyuna kimidir.