Amerikalı aktyor Ceyms Renson 46 yaşında Los-Ancelesdə intihar edib.
Kulis.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti məhkəmə-tibb ekspertinin məlumatına istinadən xəbər verib.
Aktyor “Sinister”, “Qara Telefon”, “Oldboy” və “O 2” filmləri, eləcə də “The Wire” serialındakı rolları ilə tanınırdı.
Qeyd edək ki, aktyor karyerasına 2001-ci ildə başlayan Renson 2021-ci ildə uşaqlıqda cinsi zorakılığa məruz qaldığını və narkotik asılılığı ilə mübarizə apardığını açıqlamışdı.