AZ

Sərnişin avtobusu aşdı: Ən azı 16 nəfər ölüb

İndoneziyanın Mərkəzi Yava əyalətində sərnişin avtobusunun aşması nəticəsində ən azı 16 nəfər ölüb.

Publika.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Bildirilib ki, 34 sərnişin daşıyan şəhərlərarası avtobus Semarang şəhəri yaxınlığında idarəetməni itirərək beton maneəyə çırpılıb.

Məlumata görə, 6 sərnişin hadisə yerində, 10-u isə xəstəxanaya aparılarkən dünyasını dəyişib. Digər 18 yaralıdan 5-nin vəziyyəti ağırdır.

Seçilən
16
publika.az

1Mənbələr