19 yaşlılardan ibarət Azərbaycan millisinin və “Kəpəz”in gənc üzvü Nihad İsaqov xarici klubların diqqət mərkəzinə düşüb.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, futbolçu Türkiyə və Kipr klubları tərəfindən yaxından izlənilir. Bir neçə komanda İsaqovu heyətinə qatmaqda maraqlıdır.
Hazırda futbolçu üçün rəsmi təklifin olub-olmaması ilə bağlı tərəflərdən açıqlama verilmir. Ancaq transfer dönəmində gənc futbolçunun karyerasını harada davam edəcəyi dəqiqləşəcək.
Qeyd edək ki, Nihad İsaqov Azərbaycanın U-19 millisinin əsas oyunçularından biri hesab olunur.