AZ

Fransa İnkişaf Agentliyinin İrəvanda ofisi açılıb

ain.az, Azvision portalına istinadən məlumat yayır.

Bu barədə Ermənistan mətbuatı rəsmi mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, açılış mərasimi Fransa səfiri Olivye Dekotini, AFD -nin regional direktoru Matye Vassör və Ermənistanın hökumət nümayəndələrinin iştirakı ilə baş tutub. Maliyyə nazirinin müavini Edqar Mkrtçyan diqqətə çatdırıb ki, Ermənistan-Fransa dostluğu fonunda belə bir hadisə Parisin İrəvana qarşı etimadının aydın nümunəsidir. O, dövlət maliyyə islahatlarının, investisiya planlaşdırmasının və iqlim dəyişikliyi ilə mübarizə təşəbbüslərinin dəstəklənməsində iştirakına görə AFD-yə öz minnətdarlığını bildirib. AFD 2013-cü ildən bəri Ermənistana 555 milyon avro kredit və təqribən 30 milyon avro yardım ayırıb. Yardımın 23,5 milyon avrosu Avropa İttifaqı (Aİ) tərəfindən verilib. Firudin Həmidli

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
azvision.az

2Mənbələr