Bakı. Trend:
Türkiyənin İzmir şəhərində narkotik vasitələrin qanunsuzdövriyyəsi ilə məşğul olan şəxslərə qarşı iri-miqyaslı əməliyyatkeçirilib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
İzmirin Səlcuq rayon prokurorluğunun əlaqələndirilməsi ilə İzmirşəhər Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə Şöbəsininəməkdaşları “torbaçı” adlandırılan, küçələrdə narkotik vasitələrsatan şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarıştədbirləri həyata keçirilib.
Reydlər əvvəlcədən müəyyən edilmiş ünvanlarda eyni vaxtda təşkilolunub.
Əməliyyat nəticəsində 18 nəfər şübhəli şəxs qismindəsaxlanılıb.