AZ

Fransa İnkişaf Agentliyinin İrəvanda ofisi açılıb

Bu barədə Ermənistan mətbuatı rəsmi mənbələrə istinadənməlumatyayıb. Bildirilib ki, açılış mərasimi Fransa səfiri Olivye Dekotini,AFD -nin regional direktoru Matye Vassör və Ermənistanın hökumət nümayəndələrinin iştirakı ilə baş tutub. Maliyyə nazirinin müavini Edqar Mkrtçyan diqqətə çatdırıb ki, Ermənistan-Fransa dostluğu fonunda belə bir hadisə Parisin İrəvana qarşı etimadının aydın nümunəsidir. O, dövlət maliyyə islahatlarının, investisiya planlaşdırmasının və iqlim dəyişikliyi ilə mübarizə təşəbbüslərinin dəstəklənməsində iştirakına görə AFD-yə öz minnətdarlığını bildirib.

AFD 2013-cü ildən bəri Ermənistana555 milyon avro kreditvə təqribən30 milyon avro yardımayırıb. Yardımın 23,5 milyon avrosu Avropa İttifaqı (Aİ) tərəfindən verilib.

Firudin Həmidli
AzVision.az
Seçilən
13
1
azvision.az

2Mənbələr