AZ

Lotoreyadan 1 milyon dollar qazandı, hər həftə isə...

Kanadada yaşayan 20 yaşlı Brenda Aubin-Vega "Poz qazan" lotereyasında 1 milyon dollar qazanıb.

Turkustan.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, şanslı gənc lotereyada udduğu 1 milyon dolları nəğd götürməkdən imtina edib. O, atası ilə məsləhətləşdikdən sonra hər həftə 1000 dollar almağa qərar verib.

"Əvvəl gözlərimə inanmadım. Əlimdəki lotereyaya bir daha baxdım. Bəli, bəxt üzümə gülmüşdü!", – Brenda Aubin-Vega belə deyib.

Şanslı gənc, 1 milyon dolların onu və ailəsini yoldan çıxaracağından ehtiyat etdiyi üçün az məbləğlə kifayətlənəcəyini bildirib: "Biz heç vaxt bu qədər pulu bir yerdə görməmişik. Az olsun, amma daimi olsun", – deyə o, qərarını əsaslandırıb.

Mütəxəssislər Brendanın bu seçimlərini "ağıllı qərar" adlandırıblar. Onların hesablamalarına görə, Brendanın lotereyada qazandığı məbləğ faizlə birlikdə ömrünün sonuna qədər rahat həyat təmin edə bilər.

Qeyd olunur ki, Brenda Aubin-Vega 39 yaşına çatanda topladığı məbləğ 1 milyon dollar, 80 yaşına çatanda isə 3,1 milyon dollar olacaq. /bakivaxti.az/

Seçilən
23
5
turkustan.az

10Mənbələr