AZ

Mauro İkardidən Corc Haciyə məktub: “Bu, rekord deyil, mirasdır”

Operativmedia portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Qalatasaray”ın hücumçusu Mauro İkardi qol rekordunu qırdığı klubun əfsanəvi futbolçularından Corc Haciyə ünvanladığı emosional məktubla diqqət çəkib.

Operativ Media xəbər verir ki, İkardi bildirib ki, bu gün futbol ictimaiyyəti daha çox rekordlardan və statistik göstəricilərdən danışsa da, onun üçün əsas anlayış mirasdır. Argentinalı futbolçunun sözlərinə görə, Hacinin rekordunun keçilməsi onu geridə qoymaq anlamına gəlmir:

“Çünki siz təkcə qollar yox, kimlik, xarakter və qürur miras qoymusunuz. ‘Qalatasaray’ın böyük, qorxulan və hörmət edilən klub kimi formalaşmasında sizin rolunuz danılmazdır”.

İkardi vurğulayıb ki, “Qalatasaray” ruhunun təməlində Metin Oktayın adı dayanır. Onun sözlərinə görə, Metin Oktay bu formanı şərəf və ehtiras rəmzinə çevirən ilk sima olub, Haci isə bu mirası daha yüksək səviyyəyə daşıyıb.

“Bu gün mənə Türkiyədə idol olduğumu deyirlər. Lakin bu sevgi mənimlə başlamayıb. O, Metin Oktayla başlayıb, sizinlə böyüyüb və mən də onu davam etdirmək şərəfinə nail olmuşam”, – deyə futbolçu qeyd edib.

İkardi əlavə edib ki, idol olmaq yalnız vacib qollar vurmaq deyil, insanların yaddaşında qalmaqdır və bu baxımdan Georgi Haci “Qalatasaray” tarixində əbədi yerə sahibdir.

Sonda argentinalı hücumçu adının Hacinin adı ilə yanaşı çəkilməsini böyük şərəf hesab etdiyini bildirib və bugünkü yolunun məhz bu əfsanələr tərəfindən açıldığını vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
operativmedia.az

1Mənbələr