AZ

Sərkisyan “Nərimanov” adı ilə KQB-yə işləyib? – ŞOK DETALLAR

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) “Civic Armeni” portalının sorğusuna cavab olaraq Erməni Apostol Kilsəsinin dini lideri, bütün ermənilərin katolikosu II Qareginin hazırda həbsdə olan qardaşı arxiyepiskop Ezras Nersisyanın xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqələrinin müəyyən edildiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, MTX Nersisyanın həmçinin 1986-1988-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi (KQB) ilə əməkdaşlıq etdiyini bildirib.

Məxfi sənədlərdə Nersiyanın kod adının “Karo” olduğunun ortaya çıxarıldığı deyilir. Ermənistanın keçmiş prezidenti, sabiq təhlükəsizlik naziri olmuş Serj Sərkisyan isə MTX-nin iddialarını təkzib edib. Sərkisyan özünü nə prezidentliyi, nə də MTX rəhbəri olduğu dövrdə arxiyepiskopun xarici xüsusi xidmət orqanlarına işlədiyinə dair məlumata rast gəldiyini söyləyib. Keçmiş prezident həmçinin belə bir reallığın olması ehtimalının II Qareginə heç bir təsir göstərmədiyini, çünki iddiaların onunla əlaqəli olmadığını bildirib.

Ermənistanın Baş naziri Nikol Paşinyan və həyat yoldaşına məxsus olan “Haykakan Zamanak” qəzeti Sərkisyanın Nersisyanla bağlı sözlərinə diqqət çəkib. Qəzet Sərkisyanın özünün də vaxtilə KQB-yə “Nərimanov” kod adı ilə işlədiyini, onun Ermənistana rəhbərliyi müddətində bir çox mətbuat orqanının bu barədə məqalələr hazırladığını bildirib. Həmçinin Sərkisyanın Rusiya Prezidenti Vladimir Putinlə yaxın əlaqələrinə diqqət çəkilib və Kreml rəhbərinin ötən illərdə Nersisyanı mükafatlandırdığı vurğulanıb.

Hətta 20216-cı ildə Ermənistan parlamentində bir sıra qanun layihələrinin müzakirəsi zamanı fraksiyalar arasında mübahisənin yarandığı, Sərkisyanın “Nərimanov” kod adı ilə KQB-yə işləməsinin xüsusi vurğulandığı deyilir.

Həmçinin Sərkisyanın vaxtilə Bakıdakı “Zaqafqaziya Komsomol Məktəbi”ndə təhsil aldığı, Azərbaycanda erməni təbliğatına qarşı kampaniyalarda iştirak etdiyi, vaxtilə keçmiş qondarma rejimə də məhz Bakının ideyalarını tərənnüm etmək üçün getdiyi iddia olunur. Lakin Sərkisyanın KQB-nin Azərbaycandakı bürosunun adamı olmasına rəğmən, daha sonra Moskvanın yönləndirməsi isə ermənipərəstliyi əsas götürdüyü deyilir.

Ermənistanın birinci prezidenti Levob Ter-Petrosyanın da 2012-ci ildə mıtbuata müsahibəsində bu iddiaları təsdiqlədiyi bildirilir. (globalinfo)

Seçilən
96
6
konkret.az

7Mənbələr