"The Associated Press" xəbər agentliyi öz mənbələrinə istinadənməlumatyayıb ki, hökumət keçən həftə diplomatlara "səlahiyyət müddətlərinin yanvar ayında qurtaracağı" barədə bildiriş göndərib. Diqqətə çatdırılır ki, həmin diplomatların hamısı sabiq prezident Co Baydenin dövründə işə başlamışdılar.
Məlumata əsasən, Prezident Donald Trampın göstərişi ilə geri çağırılacaq diplomatlar arasında ABŞ-nin Ermənistan, Şimali Makedoniya, Monteneqro, Slovakiya, Əlcəzair, Misir, Nepal, Şri-Lanka, Qvatemala və Surinamdakı səfirləri də var. Ən çox diplomatın Afrika ölkələrindən (Burundi, Kamerun, Kabo-Verde, Qabon, Kot-d'İvuar, Madaqaskar, Mavriki, Niger, Nigeriya, Ruanda, Seneqal, Somali və Uqanda) geri çağırılacağı vurğulanır.
Firudin Həmidli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta