Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada Rusiya Silahlı QüvvələrininƏməliyyat-hazırlıq İdarəsinin 56 yaşlı rəisinə sui-qəsd cəhdiolub.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Törədilən partlayış nəticəsində general Fanil Sərvərov çoxsaylıqəlpə yaraları alıb və xəstaxanaya yerləşdirilib.
İlkin versiyaya görə, sui-qəsd zamanı partlayış kustar üsullahazırlanmış partlayıcı qurğu ilə həyata keçirilib.
Partlayış sürücünün "Kia Sorento" markalı avtomobilə minib onuişə salmasından sonra baş verib.
Faktla bağlı cinayət işi açılıb. Hüquq mühafizə orqanlarıhadisəni törədən cinayətkarın müəyyənləşdirilərək saxlanılmasıistiqamətində iş aparır.