AZ

Qonşu ölkəyə kəskin soyuqlar gəlir

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Moskva sakinlərini bu həftə kəskin soyuq hava gözləyir.

BAKU.WS xəbər verir ki, Rusiya Hidrometeorologiya Mərkəzinin rəhbəri Roman Vilfand bildirib ki, 23 dekabr çərşənbə axşamı şəhərdə hava temperaturu gecə və gündüz –6 ilə –11 dərəcə arasında olacaq.

O qeyd edib ki, 24 dekabrda havalar daha da soyuyacaq. Gecə temperatur –13 dərəcəyə düşəcək, gündüz isə –7 dərəcəni keçməyəcək.

Vilfandın sözlərinə görə, qar örtüyü isə zəif olacaq. Yağıntı olsa da, qarın hündürlüyü iki santimetrdən artıq olmayacaq.

Hava Mərkəzinin digər mütəxəssisi Mixail Leus da bildirib ki, soyuqların pik həddi 24 dekabrda gözlənilir. Gecə hava –15 dərəcəyədək düşə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
1
baku.ws

2Mənbələr