AZ

Trampın səhhəti müzakirələrə SƏBƏB OLUB

Ajans.az xəbər verir ki,bu barədə Daily Beast (DB) nəşri məlumat yayıb. Məqalədə qeyd olunur ki, 79 yaşlı prezidentin təyyarədən enişi sosial mediada geniş müzakirələrə səbəb olub və səhhəti ilə bağlı ehtimalları yenidən gündəmə gətirib. Nəşr Make America Great Again hərəkatının fəalı Paul Villareal tərəfindən X (keçmiş Twitter) platformasında paylaşılan videoya istinad edir. Kadrlarda Trampın pilləkənlərdən enməzdən əvvəl sağ ayağına bir neçə dəfə vurduğu, daha sonra isə tutacaqdan yapışaraq ehtiyatla aşağı endiyi görünür. Təyyarədən endikdən sonra prezident təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə avtomobilə doğru gedir. Videonun sonunda onun avtomobilin pəncərəsindən içki şüşəsi götürdüyü də diqqət çəkir. Qeyd edək ki, Trampın səhhəti ilə bağlı mövzu daha əvvəl də müxtəlif hadisələr fonunda mediada müzakirə olunub.

 

Seçilən
38
Ajans.az

1Mənbələr