AZ

Amnistiya başladı: 22 nəfər qadın azadlığa buraxılır

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevintəşəbbüsü əsasında “Konstitusiya və Suverenlik İli” münasibətiləamnistiya elan edilməsi haqqında” qərarın icrasına başlanılıb.

Trend xəbərverir ki, amnistiya aktının icrası ilk olaraq 4 saylı cəzaçəkməmüəssisəsində həyata keçiriləcək.

Belə ki, 22 nəfər qadın məhkum azadlığa buraxılacaq. (cəzasınınçəkilməmiş hissəsindən azad olunacaq).

Onlardan ikisi azyaşlı övladı ilə məhkumlum həyatı yaşayanqadındır.

Qeyd edək ki, Amnistiya aktının ilkin siyahısına əsasən, 5 minəyaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi, 3mindən çox şəxsin cəzası 6 ay azaldılması nəzərdə tutulur.

Amnistiya həmçinin azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanövləri ilə əlaqədar ümumilikdə 10 mindən çox şəxsi əhatəedəcək.

Seçilən
42
2
az.trend.az

3Mənbələr