AZ

Trampın iqamətgahı üzərində təhlükə: Qırıcılar hərəkətə keçdi

ABŞ hərbi qırıcısı Trampın iqamətgahına yaxınlaşan təyyarənin qarşısını aldı

Floridada həyəcanlı anlar: Prezidentin evi üzərində uçuş qadağası pozuldu.

İnterpress.az xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.

Məlumata görə, dekabrın 21-də ABŞ Silahlı Qüvvələri Prezident Trampın Florida ştatının Palm-Biç şəhərindəki iqamətgahı üzərindəki hava məkanına naməlum hava gəmisinin daxil olması səbəbindən qırıcı təyyarəni havaya qaldırıb.

NORAD bildirib ki, vəziyyət təhlükəsiz şəkildə həll olunub. Qurum söhbətin konkret hansı növ hava gəmisindən getdiyini açıqlamayıb.

Qeyd edək ki, bu, Trampın mülkü üzərində hava məkanının pozulması ilə bağlı ilk hal deyil. Avqust ayının əvvəlində Nyu-Cersi ştatının Bedminster bölgəsində, Trampa məxsus “Trump National Golf Club”un yerləşdiyi ərazidə də hava məkanı pozulmuşdu.

Həmçinin mart ayının əvvəlində üç mülki təyyarə ABŞ Prezidentinin Floridadakı “Mar-a-Laqo” malikanəsi yaxınlığında hava məkanını pozmuş, həmin vaxt onları F-16 qırıcıları müşayiət etmişdi.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
18
interpress.az

1Mənbələr