AZ

Livan  İsrailin gizli cəsuslarını ifşa etdi:  Kameralar birbaşa…

Livan ordusu, cənubi Livanın Nəbatiyyə əyalətində kameralarla təchiz olunmuş İsrail casusluq cihazını ələ keçirdiyini açıqlayıb. Ordu, İsrailin hücumlarını davam etdirdiyi cənubi Livanda axtarış və təmizlik əməliyyatları apardığını bildirib.

Vətəninfo.az xəbər verir ki, Livan ordusunun yaydığı yazılı açıqlamada, ixtisaslaşmış hərbi hissələrin Nəbatiyyə ilə sərhəd xəttindəki Yarun şəhərində əməliyyatlar həyata keçirərkən kameralarla təchiz olunmuş casusluq cihazının aşkarlandığı və zərərsizləşdirildiyi bildirilib.

Qeyd edək ki, İsrail 2024-cü ilin noyabr ayında əldə edilən atəşkəs razılaşmasına baxmayaraq, Livanın cənubundakı ərazilərə hələ də hava hücumları və ara-sıra reydlər etməyə davam edir. Bu hadisə, iki ölkə arasındakı gərginliyin davam etdiyini göstərir.

Seçilən
10
veteninfo.az

1Mənbələr