Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Almaniya arasındaticarət əməliyyatlarının həcmi 1,298 milyard ABŞ dolları təşkiledib.
Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 128,041 milyon ABŞ dolları və ya 9% azdır.
Hesabat dövründə Almaniya ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 2,91%-i həcmində olub. Bununla dasözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarətəməliyyatları apardığı ölkələr sırasında 6-cı pillədəqərarlaşıb.
Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Almaniyaya 543,7milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eynidövrü ilə müqayisədə 138,6 milyon ABŞ dolları və ya 20,3%azdır.
Hesabat dövründə, Azərbaycandan Almaniyaya 502,019 milyon ABŞdolları dəyərində 956,7 min ton bitumlu süxurlardan alınmış xamneft və xam neft məhsulları ixrac edilib. Ötən ilin eyni dövrü iləmüqayisədə bu göstəricilər dəyər ifadəsində 132,4 milyon ABŞdolları və ya 20,9%, həcm baxımından isə 45,5 min ton və yaxud 4,5%azdır.
Hesabat dövründə Almaniyadan Azərbaycana isə 754,7 milyon ABŞdolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cüilin eyni dövrü ilə müqayisədə 10,6 milyon ABŞ dolları və ya 1,4%artım deməkdir.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xariciölkələrlə 44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,480 milyard dollar vəya 3,4% çoxdur.
Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 937 milyon dolar və ya 3,8% azalıb, idxal isə 2,416 milyarddollar və ya 12,9% artıb.
Yekunda xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5dəfə azdır.