AZ

“Çempionluğa iddiaçı deyilik”

ain.az bildirir, futbolpress-az portalına istinadən.

“Aston Villa”nın baş məşqçisi Unay Emeri Premyer Liqanın XVII turunda “Mançester Yunayted”i məğlub etdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Gözəl oyun və qələbə oldu. Futbolçularımı təbrik edirəm.

Reallığı qəbul etməliyik. İmkanlara və potensiala baxırıq. “Mançester Siti”, “Arsenal” kimi komandaları da məğlub etmişik. Lakin oyunların heyətində kifayət qədər səviyyəli futbolçular var. Reallıqda onlarla çempionluq uğrunda mübarizə apara bilmərik. Çempionluğa iddiaçı deyilik”.

“Aston Villa” 17 turdan sonra 36 xalla üçüncü sıradadır. Birmingem klubu lider “Arsenal”dan 3, ikinci “Mançester Siti”dən 1 xal geridədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
futbolpress.az

1Mənbələr