AZ

Mətbəxi təmir edən zaman qızıl xəzinəsi tapdı

Britaniyanın qərbi Dorset qraflığının Purton kəndində ər və arvad kotteclərinin mətbəxini təmir edərkən təsadüfən 17-ci əsrə aid xəzinə tapıb.

AzPost bildirir ki, bu barədə Popular Mechanics portalı xəbər verib.

Robert Fuks döşəməni qazarkən antik keramika qabınd olan xəzinəni tapıb. Qabın içində təxminən 100 sikkə olub.

Kolleksiyaya I Ceyms və I Çarlzın hakimiyyəti dövründən qalma qızıl sikkələr, eləcə də I Elizabet, Filip və Merinin hakimiyyəti dövründən qalma gümüş yarım taclar, şillinqlər və altı penslər daxildir. Xəzinənin əksəriyyəti Birinci İngilis Vətəndaş Müharibəsinə (1642–1644) aiddir. Mütəxəssislər hesab edirlər ki, ailələr qiymətli əşyaları talançı qoşunlardan qorumaq üçün keramika qablarda gizlədiblər, lakin çoxları xəzinələrini götürmək üçün vaxtında geri qayıtmayıblar.

Cütlük tapıntı barədə dərhal Britaniya Muzeyinə bildirib. Orada sikkələr təmizlənib və orijinal olduğu müəyyən edilib. Xəzinə bu yaxınlarda Duke’s hərrac evində təxminən 75.000 dollara satılıb.

Tarixçilər qeyd edirlər ki, bu cür gizlətmə yerləri vətəndaş müharibələri zamanı sakinlərin soyğunçuluqdan, qarətdən və qeyri-sabitlikdən qorxaraq pul və qiymətli əşyaları gizlətdikləri zaman geniş yayılmışdı.

AzPost.az

Seçilən
66
1
azpost.info

2Mənbələr