ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Trampın səhhəti ilə bağlı şübhələr yaranıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Daily Beast” qəzeti məlumat yayıb.
Bildirilib ki, Ağ Ev rəhbəri bu dəfə təyyarə pilləkənlərindən yöndəmsiz eniş edib və bu, onun sağlamlığı ilə bağlı yeni müzakirələrə səbəb olub.
“Yayılan görüntülərdə Trampın aşağı enməzdən əvvəl sağ ayağına əli ilə üç dəfə vurduğu, daha sonra isə tutacaqdan yapışaraq pilləkənlərdən yavaşca aşağı düşdüyü görünüb”, – deyə bildirilib.
Qeyd edək ki, dekabrın əvvəlində Tramp bir neçə media orqanını onun səhhətinin pisləşməsi ilə bağlı materiallar dərc etdiklərinə görə hədələyib. O, yazılanların böhtan olduğunu deyib.
ABŞ lideri dövlət başçısı kimi vəzifələrini uğurla yerinə yetirdiyini və tez-tez tibbi müayinələrdən keçdiyini bildirib.
President Trump exited Air Force One tonight in West Palm Beach. He is headed to Mar-a-Lago.
. pic.twitter.com/Z4vBY8qobw
— Paul Villarreal (AKA Vince Manfeld) (@AureliusStoic1) December 20, 2025
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.