Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADSNU) xüsusi geyimlər alacaq.
Ölkə.Az-ın məlumatına görə, geyimlər təhsil ocağının təsərrüfat şöbəsinin əməkdaşları üçün nəzərdə tutulub.
ADNSU bununla əlaqədar olaraq Masallı rayonunda qeydiyyatda olan “My VMR uniform” MMC ilə razılığa gəlib. Tərəflər 29 min manatdan bir qədər çox ödəniş qarşılığında müqavilə imzalayıblar.
Bundan əlavə, universitet Azərbaycan Dövlət Neft və Sənaye Universiteti "Konstitusiya və Suverenlik İli"nə həsr olunan "Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı (NASCO XXVIII)" üzrə təşkilatçılığı ilə bağlı "Lunchef Catering" MMC-yə təxminən 54 min manat ödəniş edəcək.