Bakı.Trend:
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşlarıtərəfindən paytaxt yollarında monitorinqlər keçirilərək zəruriyerlərdə yeni svetoforların quraşdırılması işləri davametdirilir.
Trend xəbərverir ki, bu barədə NİİM məlumat yayıb.
Bildirilib ki, piyadaların rahat və təhlükəsiz keçidini təminetmək üçün növbəti işlər paytaxtın Yasamal rayonu, Həsən bəyZərdabi prospektində və Səbail rayonu, Bülbül prospektinin ÜzeyirHacıbəyov və Xaqani küçələri ilə kəsişməsində həyata keçirilib.Belə ki:
1. Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində iki dirəküzərində yeni düyməli piyada svetoforları quraşdırılıb.
2. Səbail rayonu, Bülbül prospektinin Üzeyir Hacıbəyov və Xaqaniküçələri ilə kəsişməsində yeni nəsil LED işıqlandırma ilə təchizolunan piyada svetoforları quraşdırılaraq istifadəyə verilib.
Mərkəz tərəfindən bu istiqamətdə işlər davam etdirilir.