AZ

Üç ölkə bir araya gəldi, Türkiyəyə qarşı hərəkətə keçirlər

Xəbər verdiyimiz kimi, bu gün Təl-Əvivdə İsrail, Yunanıstan və Cənubi Kipr arasında üçtərəfli zirvə görüşü keçiriləcək.

Publika.az xəbər verir ki, İsrail mətbuatının yazdığına görə, İsrailin Baş naziri Benyamin Netanyahu, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Cənubi Kipr Administrasiyasının lideri Nikos Xristodulides arasındakı görüş yerli vaxtla 14:30-da başlayacaq.

Üçtərəfli görüşdən sonra liderlərin qəbul edilən qərarları açıqlamaq üçün birgə mətbuat konfransı keçirməsi gözlənilir.

Zirvə toplantısının prioritet mövzularından biri Şərqi Aralıq dənizində fəaliyyət göstərmək üçün "birgə hərbi qüvvə"nin yaradılması olacaq. Bu addımın bölgədəki təhlükəsizlik balansına birbaşa təsir göstərə biləcəyi qeyd edilib.

Seçilən
53
publika.az

1Mənbələr