AZ

NATO Ukraynaya yardım üçün Rumıniyada yeni logistika mərkəzi açacaq

NATO Ukraynaya hərbi yardımın daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə Rumıniyada yeni logistika mərkəzi yaratmağı planlaşdırır.

Editor.az “Defenseromania.ro” nəşrinə istinadla xəbər verir ki, NATO-nun Ukrayna üzrə Təhlükəsizlik Yardımı və Təlim Missiyasının (NSATU) komandan müavini Mayk Kellerə məlumat yayıb ki, alyans 2026-cı ilin yanvar ayında Ukraynaya silah və hərbi texnikanın koordinasiyası və daşınması üçün Rumıniyada ikinci böyük logistika mərkəzini açacaq.

Məlumata əsasən, yeni logistika mərkəzinin yaradılması əlavə silah tədarükü axınının təmin edilməsinə, Şimali Atlantika Alyansının şərq cinahının logistika dayanıqlığının gücləndirilməsinə, eyni zamanda Polşanın Rjeşuv şəhərində yerləşən ilk mərkəzin üzərindəki yükün azaldılmasına xidmət edəcək.

Mayk Keller bildirib ki, yeni mərkəz birbaşa NATO-nun komandanlığı altında fəaliyyət göstərəcək və artilleriya sistemləri, hava hücumundan müdafiə vasitələri, eləcə də elektron müharibə avadanlıqları ilə bağlı sorğuların icrası ilə məşğul olacaq.

//Gülnarə Abasova, Editor.az

Seçilən
15
editor.az

1Mənbələr